İmtahana hazırlaşmağın 5 qızıl qaydası


Salam, dəyərli izləyicilər! Artıq imtahanlar qapımızı döyür. Heçnə oxuya bilmirsən. Diqqətin dağınıqdır, fikrini suallara cəmləyə bilmirsən. Bu halla qarşılaşmısansa bu yazını axıra kimi oxu. Xoşuna gəldisə, dostlarının faydalanması üçün paylaş. Hazırsansa başlayaq!

1.İmtahanlarla əlaqəsi olmayan işləri beynindən at.
Məsələn gələcək hədəflərini, «Facebookda sənə sevdiyin insan mesaj yazacaqmı, kim hansı statusu paylaşır» bunların hamısını beynindən at getsin. çünki heç biri imtahanda sual olaraq qarşına çıxmıyacaq və lazımsız işləri düşünərkən öz dəyərli vaxtını itirmiş olacaqsan.

2. İmtahana sualları hissələrə bölərək hazırlaş.
Yazılı imtahan verirsənsə, hansı mövzuya nəqədər vaxt ayıracağını, nəqədər istirahət edəcəyini kağıza qeyd elə və hər zaman görə biləcəyin yerə as.
Testlə imtahan verirsənsə, tutaqki, 700 test sualı öyrənməlisən və əzbərləməlisən və cəmi 2 gün vaxtın qalıb ( son gecə hazırlaşanlar bilirəm burdası ) 350 sualı bugün 350 sualı sabah öyrən. təkcə günlərə bölməklə kifaətlənmə. Gün ərzində 350 sualı hissələrə böl. İstifadə etdiyim metod 100 sual oxuduqdan sonra istirahət etməkdir. gün ərzində 3 dəfə ( 100+100+150=350) oxu 4 cü dəfə isə 1-350 sualı təkrar oxu cə sabahı gün bu metodu təkrar elə.

3. Ətrafında imtahan mühitini yarat.
Öncə yazı masasında oturarkən üzün divara tərəf olsun ki, sənin diqqətini heçnə yayındırmasın. Telefonun internetini bağla və digər otağa qoy, amma səslidə olsun vacib zəng gələ bilər. Fikrin telefonda qalmasın. Televizoru söndür və ya səsini eşitmə. Kompüterdə lazımsız faylları ana ekrandan sil. Oyunları ümumiyyətlə ana ekranda saxlama, çünki gördüyün zaman oynamaq istiyəcəksən, səbəb insan beyni əyləncəyə daha çox meyillidir.

4. Musiqi dinlə.
Həzin musiqi dinlə. Sözləri olmasın. sadəcə musiqinin axarına düşməyə çalış. Qulaqcıqlardan istifadə elə. Romantik mahnılar olmasın ha qətiyyən.Sevgilin yadına düşəcək və imtahana fokslana bilməyəcəksən.

5. Fasilə.
Hər 25-30 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə et. 2 saata 30 dəqiqəlik fasilə deməkdir. Bu zaman sən nə edə bilərsən? Kompüterdən və ya imtahan suallarından uzaqlaş. Gözlərini yum. İmtahanı belə düşünmə. Meyvə yemək zehin üçün faydalıdır. Təmiz havaya da çıxa bilərsən.

Mustafa Namazlı

Minion.Az - www.minion.az