Ucuz can dərmanı – Mixəyin bilmədiyimiz faydaları


Minion.az xəbər verir ki, mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər.
Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, E vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var.
Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər.
Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, E vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var.
Parazitləri məhv etmək üçün
Orqanizmdəki qurdları məhv etmək üçün yeməkdən yarım saat öncə mixək çeynəmək kifayətdir. Bu proseduru gün ərzində 2 dəfə təkrarlayın, müsbət nəticəni özünüz görəcəksiniz. Bədəndəki parazitlər tez bir zamanda tökülüb, məhv olacaq. Mixəklə qurdların təmizlənməsi profilaktik tədbir kimi də çox əlverişlidir. Bir mixək çöpü 20% efir yağlarından ibarətdir. Bu yağlar ətirli maddələrlə zəngindir. Məhz bu özəlliyinə görə o parazitlərlə yanaşı difteriya, vərəm və s. çöplərlə mübarizə aparır.
Ağız boşluğunun müalicəsi üçün
Elə bugündən etibarən saqqızı mixəklə əvəz edin. Hər gün bir neçə mixək çubuğu çeynəsəniz stomatit, parodontoz, damaqların iltihabı və digər ağız boşluğu xəstəliklərindən qurtulacaqsınız. Bu təbii vasitə bahalı dərmanlardan həm daha faydalı, həm də ucuzdur. Mixək angina və bir sıra digər boğaz xəstəliklərində çox effektiv vasitədir.
Həzm sistemini yaxşılaşdırmaq
Mixək həzm sistemini tənzimləyir, maddələr mübadiləsini yaşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə iki mixək çubuğunu qarşıdırıb, çeynəyin. Mədə xorası və yüksək qan təzyiqiniz varsa, bu üsulu sınaqdan keçirməyin.
Mixək arıqlayanlar üçün də çox əlverişli vasitədir. O həmçinin qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır.
Xərçəngin profilkatikası
Mixəyin tərkibindəki yevgenol maddəsi xərçəng hüceyrələrinin ölçüsünü kiçildir, yenilərinin yaranmasının qarşısını alır. Mütəxəssislərin araşdırması göstərir ki, xərçəngdən doğmalarını itirən insanlar bu üsulu təcrübədən keçirməlidirlər. Bu, həm onların immunitetini gücləndirir, həm də xərçəng hüceyrələrinin yaranmasına mane olur.

Təzyiqi yüksəltmək üçün
Təzyiqinizin düşdüyünü hiss edirsinizsə, dərman qəbul etməyə tələsməyin. Bir neçə mixək çubuğu çeynəyib gözləyin. Həm təzyiqiniz stabilləşəcək, həm də özünüzü kimyəvi tərkibli dərmanlardan qorumuş olacaqsınız.
Ümumiyyətlə, təzyiq problemi olmayan şəxslər də günaşırı mixəkli qəhvə içə bilərlər.
Əsəbləri sakitləşdirmək
Mixək təbii antidepressant sayıla bilər. Hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək, insanı sakitləşdirir, yuxunu normaya salır.
Mixəyin keyfiyyətli olub-olmadığını yoxlamaq üçün önu su ilə dolu stəkana atın, əgər çubuq suyun dibinə çökürsə demək ki, onun tərkibində bütün vitaminlər və yağlar olduğu kimi qalıb. Yox, əgər çubuq üfüqi şəkildə üzürsə, demək ki, onu istifadə etməyə dəyməz.

Bizimyol.info