Azərbaycanlı şəhidin 12 yaşlı qızını zorladı.


12 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən Azərbaycan əsilli Gürcüstan vətəndaşı saxlanılıb
Türkiyədə 12 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən Azərbaycan əsilli Gürcüstan vətəndaşı saxlanılıb

minion.az virtualaz.org-a istinadən bildirir ki, turist kimi ölkəyə gələn Kamran Fərmanov şəhid polisin vyetnamlı həyat yoldaşından olan 12 yaşlı ögey qızına qarşı seksual xarakterli hərəkətlər etdiyinə görə qaldığı lüks oteldə yaxalanıb.

O, Diyarbəkirdə terrorçularla mübarizə aparan zaman şəhid olan polis Tansu Aydının 12 yaşlı ögey qızına İzmirdə yerləşən restoranlardan birində təcavüz edib. Belə ki, vyetnamlı ana Vu Yhuy Tuanvi 2 qızı və iki tanışı ilə birlikdə Alsancaqda yerləşən restoranlardan birində əyləşib. Bu zaman 12 yaşlı qızı restoranın yuxarı mərtəbəsində yerləşən tualetə gedib. Uzun müddət gəlmədiyini görən anası onun arxasınca gedib və qızına təcavüz olunduğunu görüb. Lakin təcavüz edən şəxs həmin yerdən qaçmağa nail olub.

Vyetnamlı qadın polisə gedərək şikayət edib. Restorandakı kameralar araşdırılıb və həmin şəxsin 25 yaşlı Azərbaycan əslilli Gürcüstan vətəndaşı Kamran Fərmanov olduğu müəyyən edilib. Türkcə çətinliklə danışan bu şəxs Türkiyəyə 30 nəfərlik turist qrupunun tərkibində gəlib. Həmin şəxsin lüks otellərdən birində qaldığını müəyyən edən polis əməliyyat keçirərək onu həbs edib.

Minion.az